Fransada alınan diplomların təsdiq edilməsi

Fransada olan Azərbaycanlı tələbələrə Fransada aldıqları diplomların təsdiqinə, Azərbaycana qayıtmadan öncə orada olduqları müddətdə başlamaları ciddi şəkildə tövsiyyə olunur və onlar bu barədə məlumatlıdırlar.

1/ Fransa dövlət təhsil müəssəsi tərəfindən verilən diplomlar üçün (məsələn : Universitet)

- Tələbələr ilk növbədə diplomlarının bir və ya bir neçə surətinin “əsli ilə uyğun” ("certification conforme") olmasının təstiqini yaşadıqları yerin Meriyasından istəməlidirlər. Bunun üçün heç bir rüsum ödənilmir.

- Daha sonra tələbələr diplomlarına «Apostil» ştampının vurulması üçün diplomun verilməsində əlaqəli və səlahiyyətli orqana “Apelyasiya məhkəməsinə” (uyğun sertifikatın verildiyi bələdiyyə üzrə) müraciət etməlidirlər. Bu rəsmiləşdirmə yerindəcə və ya bunun üçün nəzərdə tutulan doldurulmuş blank poçt vasitəsilə göndərilərək həyata keçirilir.

2/ Özəl təhsil müəssəsi tərəfindən verilən diplomlar üçün (Məsələn: Biznes məktəbi)

- Tələbələr birbaşa olaraq onlara diplomu verən həmin təhsil müəssəsinə müraciət etməklə məlumat ala bilərlər.

Əlavə məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur.

publié le 24/10/2019

haut de la page