Fransada təhsil almaq istəyənlərin nəzərinə

Fransada ali təhsil almaq üçün, xarici tələbələrin birinci növbədə fransız dilindən yaxşı səviyyələri olmalıdır. Bu vacib şərtin bir hissəsi kimi, Azərbaycanda Fransız İnstitutu hər il fransız dilindən imtahanlar keçirir:

- TCF (Fransız dili Testi), Fransız dili səviyyəsini müəyyən edən bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir. Akademik il ərzində TCF-dən üç imtahan sessiyası keçirilir. Universitetin 1-ci və ya 2-ci kursuna yazılmaq istəyən xarici tələbələr xüsusi TCF-DAP (Universitetə öncədən qəbul) imtahanını verməlidir . Bu imtahan yalnız ildə bir dəfə keçirilir.

- DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransa Təhsil Nazirliyinin müstəqil rəsmi diplomlarıdır.

Yalnız bu imtahanlardan birini yüksək nəticə ilə uğurla versəniz Fransız universitetlərinə qəbul edilə bilərsiniz.

Fransada ali təhsil almaq istəyirsinizsə, birinci növbədə Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq şöbəsinə məsləhət və kömək almaq üçün müraciət edə bilərsiniz : Baptiste Mignot / baptiste.mignot@diplomatie.gouv.fr

Sizi maraqlandıran, universitet nəticələrinizi nəzərə alan, məqsəd və imkanlarınıza cavab verən, düzgün təhsil proqramını seçmək lazımdır. Sonra, karyera planlarınızı müəyyən edərək, düzgün ixtisas və ali təhsil müəssisəsi seçilməlidir. Və yalnız bundan sonra, əgər siz Fransız dili testlərindən kifayət qədər bal toplasanız, dosyenizi universitetə yazılmaq üçün göndərə bilərsiniz.

Faydalı kontaktlar

Aşağıda verilən İnternet səhifələri, Fransada sizin universitet təhsilinizi düzgün hazırlamaq üçün kömək edəcək. Təklif olunan İnternet səhifələri müntəzəm olaraq yeniləşir.

1) Tələbə vizasını almaq üçün prosedurlar
http://ambafrance-az.org/Visa-national-de-long-sejour-90

2) Fransada təhsil (Universitet və ixtisaslar barədə məlumat)
http://www.campusfrance.org/fr/
http://www.campusfrance.org/fr/rubrique/etudier-en-france

3) Fransaya getməyi hazırlamaq
http://www.campusfrance.org/fr/rubrique/preparer-son-sejour

4) Tələbə həyatı ilə bağlı təşkilatlar
http://www.cnous.fr

5) Azərbaycandan fransız universitetinə necə yazılmaq
http://www.campusfrance.org/fr/page/autres-pays

6) Xarici İşlər Nazirliyinin saytında ətraflı məlumat tapa bilərsiniz.
- Fransaya oxumağa gəlmək

Bununla yanaşı, xüsusilə magistr pilləsi tələbələri üçün, tələbə həyatı təşkilini başa düşmək, dərslər, müəllimlər, və təhsilin sonunda təcrübə stajları imkanları barədə, Tələbə assosiyasiyalarının internet səhifələrində dəyərli məlumat əldə edə bilərsiniz.

Son olaraq, Azərbaycandakı Fransız İnstitutunun dostlar qrupu ilə Facebook-da əlaqə saxlaya bilərsiniz :
http://www.facebook.com/#!/groups/211115952050/

publie le 10/02/2016

hautdepage