Azərbaycanda Fransız İnstitutunun təqdimatı

AFİ-nin təqdimatı

Azərbaycandakı Fransız İnstitutunun rəsmi açılışı, Azərbaycanın bir çox nazirlərinin və Fransa parlamenti nümayəndələrinin iştirakı ilə 11 aprel 2005-ci il tarixində oldu.

Bu İnstitut, dünyada fəaliyyət göstərən Fransız İnstitutlarını birləşdirən bir mədəniyyət mərkəzidir. Bakıda yaşayan frankofonların görüş yeri olan İnstitut, ünsiyyət qurmaq, Fransanı və Fransa mədəniyyətini yaxından tanımaq istəyən hər kəs üçün açıqdır. Oxucularına zəngin kitabxana təqdim edən mediateka, müxtəlif konfranslar, atelyelər, sərgilər, konsertlər və s. kimi tədbirlər keçirərək, oxucularını və qoşulmaq istəyən hər kəsi sərbəst olaraq iştirak etməyə dəvət edir. Fransız dili otaqları müasir avadanlıqlarla təchiz edilərək, bu bütünlüyü tamamlayır.

400 m2 sahədə, İnstitut öz oxucularına və üzvlərinə aşağıdakı imkanları təqdim edir :

- 9000-ə yaxın fransız dilində və başqa dillərdə kitablar, jurnallar, dövrü nəşrlər, CD, BD, DVD, CD-ROM və oyunlar təqdim edən mediateka.

- Böyük ekranda filmlərə tamaşa etmək üçün video otağı, kofe aparatı, İnternetlə təchiz olunmuş guşə.

- Giriş və sərgi sahəsi

- Fransız dilini öyrənənlər üçün müasir avadanlıqlarla və rəqəmsal lövhələrlə təchiz olunmuş dərs otaqları

- jurnallar, kitablar və İnstitutun və Bakının müxtəlif mədəniiyət mərkəzlərinin proqramlarını dərc edən Bakou Culture aylıq mədəniyyət məcmuəasini sərbəst istifadəyə verən « İstifadə edin » guşəsi

- Uşaqlar, böyüklər, Azərbaycanllar və Fransızlar üçün mütəmadi keçirilən mədəniyyət tədbirləri

Mediatekanın iş saatları :

Çərşənbə axşamı-şənbə: 10.00 - 18.30.

Fransız dili dərsləri:

Bazar ertəsi - cümə : 10.00 - 20.30.
Şənbə : 10.00 - 19.00.

Əlaqə nömrələri:

Mediateka : (+994 12) 596 35 80
Fransız dili dərsləri : (+994 12) 596 34 90
Fax : (+994 12) 596 35 82
E-mail : ifa.bakou@gmail.com
Ünvan : Füzulli küçəsi 67
www.ifa.az
Facebook :www.facebook.com/group.php?gid=2111...

"BAKOU CULTURE" Aylıq Mədəniyyət Proqramı : https://bakouculture.wordpress.com/

publie le 10/02/2016

hautdepage