Uzunmüddətli milli viza (> 90 gün)

1- Şərh

Əgər siz Fransada fasiləsiz olaraq 90 gündən artıq qalmaq istəyirsinizsə, uzunmüddətli viza xahiş etməlisiniz. Bu halda söhbət Şengen məkanına etibarlı olan vizadan getmir. Belə viza dəqiq arqumentlər əsasında yalnız Fransaya getmək üçün verilir.

DİQQƏT: Fransanın Azərbaycandakı Səfirliyi təmsil etdiyi 5 ölkəyə - Belçika, Lüksemburq, Hollandiya, İspaniya, Portuqaliya - uzunmüddətli viza vermir. Bu ölkələrə uzunmüddətli viza almaq üçün hara müraciət edilməlidir?

Ölkənin adı: Ən yaxın səfirlik:
Belçika İstanbul
Lüksemburq Moskva
Hollandiya Tbilisi
İspaniya Ankara
Portuqaliya Ankara

2- Uzunmüddətli vizanın kateqoriya və növləri

Uzunmüddətli vizanın 2 kateqoriyası var:

2.1- Uzunmüddətli viza

Fransada, prefekturada müvəqqəti yaşayış icazəsi almağa imkan verən viza. Bu uzunmüddətli vizanın müddəti 3 aydır.

Uzunmüddətli vizanın aşağıdakı növləri var:

2.1.1- Fransız mənşəlilər

Bu təlimat atası və ya anası əcnəbi olan, Azərbaycanda yaşayan, həddi buluğa çatmış, Fransada yaşayan fransız və ya onun həyat yoldaşına aiddir.

Təqdim olunacaq sənədlərin siyahısı

2.1.2- Monako (Monakoda iş və yaşayış)

Bu təlimat Monakoda yaşamaq istəyənlərə aiddir: o, Monakoda işləmək və Fransada yaşamaq istəyən şəxslərə aid deyil.

Təqdim olunacaq sənədlərin siyahısı

2.2- Müvəqqəti yaşayış sənədinə bərabər uzunmüddətli viza.

Onun müddəti 4 aydan 12 aya qədərdir.

2009-cu il iyunun 1-dən qüvvədə olan bu tipli uzunmüddətli viza alanlar Fransaya gələndən sonra 3 ay müddətində qeydiyyatdan keçmək üçün Fransanın Miqrasiya və İnteqrasiya İdarəsinin (OFII) yaşayış yeri üzrə Ərazi şöbəsinə müraciət etməlidirlər (informasiya üçün internet səhifə: www.offi.fr). Bu vizanın sahibləri müvəqqəti yaşayış sənədi alanlarla eyni hüquqlara malikdir. Vizanın etibarlı olduğu müddətdən artıq Fransada qalmağı arzu edənlər, müvəqqəti yaşayış icazəsi almaq üçün vizanın müddəti qurtarmazdan iki ay əvvəl yaşayış yeri üzrə prefekturaya müraciət etməlidirlər.

Müvəqqəti yaşayış sənədinə bərabər olan uzunmüddətli viza, etibarlı olduğu müddətdə və Miqrasiya və İnteqrasiya İdarəsinin (OFII) yaşayış yeri üzrə Ərazi şöbəsində qeydiyyatdan sonra, Şengen məkanına daxil olan ölkələrdə sərbəst hərəkət etməyə icazə verir.

Uzunmüddətli viza xahişi ilə müraciət edənlər diqqət etməlidirlər ki, onların pasportlarının etibarlı olduğu müddət, vizanın müddətinə bərabər olmaqla yanaşı, ondan 3 ay da artıq olsun.

Yaşayış icazəsinə bərabər olan uzunmüddətli vizalar aşağıdakılardır:

2.2.1- Fransız həyat yoldaşı

Təqdim olunacaq sənədlərin siyahısı

2.2.2- Tələbə

Təqdim olunacaq sənədlərin siyahısı

2.2.3- Təqaüdçü tələbə

Təqdim olunacaq sənədlərin siyahısı

2.2.4- Muzdlu işçilər

Siz ardıcıl olaraq Fransada 3 aydan işləmək istəyirsiniz, bunun üçün:

Təqdim olunacaq sənədlərin siyahısı

2.2.5- Monako (Monakoda iş və Fransada yaşayış)

Bu təlimat Fransada yaşamaq və Monakoda işləməyə viza almaq üçün müraciət edənlərə aiddir:

Təqdim olunacaq sənədlərin siyahısı

2.2.6- Avropa Birliyi və ya Avropa İqtisadi Məkanı üzvü olan ölkənin vətəndaşının ailə üzvü

Təqdim olunacaq sənədlərin siyahısı

3- Müraciət blankları

Uzunmüddətli vizası üçün müraciət blankları

- Fransız dilində

- İngilis dilində

OFII müraciət blankları

- Fransız dilində

- İngilis dilində

publie le 15/11/2013

hautdepage