Total Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir

Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibətilə Total şirkəti 21 noyabr 2016-cı ildə Bakıda Milli İncəsənət Muzeyində kokteyl təşkil etmişdir. Tədbirdə Total şirkətinin Prezidenti Patrik Puyane, SOCAR-ın Prezidenti Rövnəq Abdullayev, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez iştirak etmişlər.

JPEG

Tədbir zamanı Total SOCAR-la Xəzər dənizində 2011-ci ildə kəşf olunmuş Abşeron qaz yatağının işlənməsinin birinci fazasının müqavilə və ticarət şərtlərini müəyyən edən sazişin imzalandığını bəyan etmişdir. Beləliklə, Azərbaycan iqtisadiyyatı üçün strateji layihədə uzunmüddətli öhdəliklə Totalın Azərbaycandakı fəaliyyəti davamlı xarakter almışdır.

Bu tədbir çərçivəsində qonaqlar Totalın sponsorluğu ilə 25 noyabrda Milli İncəsənət Muzeyində açılışı olan “Fransa incəsənəti” adlı sərgi ilə ilk olaraq tanış olmaq imkanı əldə etmişlər.

JPEG
JPEG
JPEG

publie le 22/12/2016

hautdepage