«Terra » filminin təqdimatı

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan Avropa Filmləri Festivalı çərçivəsində « Terra » filminin təqdimatı. Film noyabrın 10-u Park Cinema-da, filmin həmrejissoru Mikael Pitionun iştirakı ilə nümayiş edilmişdir.

JPEG

Yann Artus-Bertran və Mikael Pitionun rejissorluğu ilə çəkilən bu « Terra », ilk yaranmış şibyələrdən nəhəng meşələrə, cəngəllik meymunlarından Savannanın mifik heyvanlarınadək, təbiətlə insan arasındakı asılılıqdan bəhs edən sənədli filmdir.
Xanım səfir öz nitqində, « Terra » filminin nümayişindən bir neçə gün qabaq, 4 noyabr tarixində qüvvəyə minmiş qlobal istiləşmə ilə mübarizə üzrə Paris müqaviləsindən söz açdı. 12 dekabr 2015-ci ildə qəbul olunmuş bu sazişdən bir ildən az vaxtdan sonra və Mərakeşdə baş tutacaq COP22 sammitindən qabaq qüvvəyə minmiş bu saziş, beynəlxalq ictimaiyyətin Planetimizi iqlim dəyişikliyinin zərərlərindən qorumaq istəyinin bir göstəricisidir.

Bu gün, Paris müaviləsi 96 ölkə – o cümlədən Azərbaycan - tərəfindən və birlikdə istilik effekti yaradan qazların ümumi emissiyalarının 69.21% təşkil edən Avropa Birliyi tərəfindən ratifikasiya edilmişdir.
Filmin nümayişindən sonra, mətbuat nümayəndələri və çoxsaylı tamaşaçılar Mikael Pitio ilə görüşdə iştirak etmişdir.

JPEG
JPEG
JPEG
JPEG

publie le 09/12/2016

hautdepage