Təhsil Problemləri İnstitutunda görüş

Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez, çərşənbə 17 fevral tarixində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutuna baş çəkərək, institutun direktoru cənab Qulu Novruzov ilə görüşdü. Bu görüş zamanı, səfirlik ilə institutut arasındakı aktiv əməkdaşlıq vurğulanaraq, bu münasibətləri daha da sıxlaşdırmaq üçün gələcək əməkdaşlığın izləri haqqında danışıldı. Xanım Buşez eyni zamanda, bir neçə məktəb direktorları və müəllim heyəti ilə tanış olaraq, onlara səfirliyin dəstəyini xatırlatmaq fürsətindən də yararlandı. Görüşün sonunda, 2015-ci ilin noyabr ayında Parisdə məktəb müəssisələrinə baş çəkən 18 məktəb direktor və müəlliminə attestatlar təqdim edildi.

JPEG

JPEG

JPEG

publie le 12/05/2016

hautdepage