« SABAH » proqramının müəllimlərinə « Sorbon Abu Dabi » sertifikatlarının təqdim edilməsi

Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez 8 dekabr tarixində Sorbon Abu Dabi Universitetinin Rektoru tərəfindən imzalanmış sertifikatları « SABAH » proqramının əlliyə yaxın müəlliminə təqdim etmişdir. Sertifikatlar müəllimlərin Azərbaycan Təhsil Nazirliyi və Universitet arasında mövcud əməkdaşlığı çərçivəsində baş tutan təlimdə iştirakları ilə əlaqədar olaraq təqdim edilmişdir.

SABAH proqramının eyni müəllim heyyəti 25 - 30 avqust tarixlərində təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olmuşdurlar. Digər 43 müəllim heyyəti isə 2016-cı il 3 -7 sentyabr tarixində Bakıda nüfuzlu « Bulvar » hotelində keçirilən təlimdə iştirak etmişdirlər.

Xanım Səfir öz çıxısında ən nüfuzlu fransız universitetlərdən olan Sorbonun dəstəyini təhsil sahəsindəki əməkdaşlığımızda atılan yeni bir addım kimi qiymətləndirmişdir.

Sorbon Abu Dabi və Azərbaycan Təhsil Nazirliyi arasında olan əməkdaşlıq SABAH proqramının cəlb edilməsi ilə daha da möhkəmləndirilir. Bu əməkdaşlıq Azərbaycan özəl sektorunun cəlb edilməsi ilə daha da genişlənir: Pasha Bank bu yaxınlarda əməkdaşlarının davamlı təlimdə iştirakı üçün Sorbon Abu-Dabiyə müraciət etmişdir ; Socar kimi digər böyük şirkətlərin də tezliklə müraciət edəcəkləri nəzərdə tutulur.

JPEG
JPEG
JPEG

publie le 19/12/2016

hautdepage