Səfir 3 saylı ASAN xidmət mərkəzini ziyarət etdi

Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez iyun ayının 3-ü, cümə günü 3 saylı Bakı ASAN xidmət mərkəzində olmuşdur. Xanım Səfir ASAN xidmətin direktoru cənab İnam Kərimov tərəfindən qəbul edildi. Görüş zamanı əsasən Azərbaycan dövlət qulluqçularına təlimlər və təcrübə mübadiləsi üzrə əməkdaşlıq müzakirə edildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşı Sorbon Abu-Dabi universiteti artıq ASAN xidmət nəzdində təlim proqramı ilə bağlı əməkdaşlığa cəlb olunub.
Səfir Azərbaycan ictimaiyyətinə ASAN xidmət tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksək qiymətləndirdi.

PNG

publie le 07/06/2016

hautdepage