Prezident Hollandın nitqi

Prezident Hollandın nitqi

Dəhşət……Dəhşət yenə də Fransanın başının başının üstünü aldı
Çıxış etdiyim bu anlarda 77 nəfər həlak olub, içərisində uşaqlar da var, 20 nəfər ağır yaralıdır. Bu hücumun terror xarakterli olmasını inkar etmək qeyri mümkündür, heç bir şübhə yoxdur ki, bu tam zorakılıqdır.

Aydındır ki, terrorizm bəlasına qarşı mübarizə aparmaq üçün biz əlimizdən gələni etməliyik.

Maşının sürücüsü məhv edilib. Hal-hazırda biz onun əlatlılarının olub-olmamasını bilmirik, lakin biz əlimizdən gələni etməliyik ki, şəxsiyyətinin təyin edilməsi, dəqiqləşdirilməsi, onun kimlərlə əlaqədə olmasını təyin etməyə bizə imkan versin.

Milli bayram günü, azadlıq rəmzi olan 14 iyulda Fransaya əl qaldırılıb, çünki fanatiklər insan hüquqlarını inkar edir və buna görə də Fransa onların hədəfinə çevrilib.

Gözü yaşlı fransız xalqı adından qurbanlar və onların ailələrinə bizim həmrəyliyimizi bildirirəm.
Yaralılara kömək üçün bütün vasitələr səfərbər edilib. Regionun xəstəxanalarını səfərbər edən Ağ Plan fəaliyyətdədir. 2015-ci ilin yanvarında Paris, sonra noyabr ayında Sən-Döni, indi isə Niçça hədəf oldu. Fransa bütövlükdə islam terrorizminin hədəfinə çevrilib.

Belə bir vəziyyətdə tam sayıqlıq və misilsiz bir əzmkarlıq nümayiş etdirməliyik.

Bir çox tədbirlər artıq qəbul olunub. Bizim qanunvericilik xeyli gücləndirilib. Bununla bərabər, yay fəslində olduğumuz üçün, mühafizəmizi daha yüksək səviyyəyə qaldırmalıyıq.

Buna görə də Baş nazir və aidiyyətli nazirlərin - müdafiə, daxili işlər- təklifləri ilə qərara aldım ki, Sentinelle /keşikçi/ planını yüksək səviyyədə saxlayaq, bu bizə jandarm və polisə əlavə olaraq yardım kimi 10 min hərbçini səfərbər etməyə imkan verəcək.

Həmçinin mən sərəncamda olanları, yəni bir vaxtlar həqiqi xidmətdə və ya jandarmeriya sıralarında olanları, polis və jandarmlara yardım etmək göstərişi verdim. Biz onlardan ehtiyacımız olan bütün yerlərdə və sahələrdə, sərhədlərə nəzarətdə istifadə edə biləcəyik. Nəhayət qərara aldım ki, iyulun 26-da başa çatan fövqəladə vəziyyəti daha 3 ay uzadım. Qanun layihəsi həftənin sonuna qədər Parlamentə təqdim ediləcək. Terrorizmə qarşı mübarizə aparmaq əzmindən bizi heç nə döndərə bilməyəcək və biz Suriya və İraqdakı əməliyyatları daha da gücləndirəcəyik. Bizim torpağımızda bizə hücum edənləri biz onların yuvalarında məhv edəcəyik. Mən bunu dünən axşam elan etmişəm.

Sabah Müdafiə şurasının iclası olacaq. O, bizim indiyədək götürdüyümüz və burada elan etdiyim ölçüləri müzakirə edəcək. Bu, bizə həmçinin bütün şəhər və qəsəbələrdə, sayıqlıq və müdafiə üçün lazım olan qüvvələrdən istifadə etməyə imkan verəcək.
Müdafiə şurasının iclasında sonra, bu ağır gündə şəhəri, deputatlarını dəstəkləmək və bütün imkanları səfərbər etmək üçün mən Baş nazirlə birlıkdə Niççaya gedəcəyəm.
Bu yeni faciədən Fransa hüznlüdür. O, baş verənlərdən, 14 iyulu bayram etməyə gələn onlarla insanı öldürmək üçün qəsdən yük maşınından istifadə etmək kimi müdhiş bir əməldən dəhşətə gəlib. Fransa yasdadır, gözü yaşlıdır, lakin güclüdür və sizi əmin edirəm ki, o həmişə bu gün ona əl qaldıran fanatiklərdən həmişə güclü olacaq.F

publie le 16/09/2016

hautdepage