Paris Sorbon Əbu-Dabi Universitetinin Vitse-Kansleri Bakıda səfərdə

Paris Sorbon Əbu-Dabi Universitetinin Vitse-Kansleri Professor Erik Fuaş 12-15 yanvar tarixində Bakıya səfəri zamanı Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşezin iştirakı ilə Bakıda bir sıra əməkdaşlıqların rəsmi təqdimatımı etmişdir.

Artıq Qərb Universitetində Paris Sorbon Əbu-Dabiyə aid ayrılmış məkanda Sorbon, Əbu-Dabi və Parisdə təhsil almaq arzusunda olan azərbaycanlı tələbələr üçün hazırlıq kursları fəaliyyətə başlamışdır.

Paris Sorbon Əbu-Dabi Universiteti Sorbon mütəxəsislərini cəlb etməklə Azərbaycanın böyük şirkətləri (Pasha Bank, Socar…) ilə olan əməkdaşlıq siyasətini davam etdirərək oların idarəetmə bacarıqlarının müasirləşdirilməsi və möhkəmləndirilməsinə öz tövhəsini verir. Bu əməkdaşlıq, həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyi ilə də genişləndirilir. Bununla əlaqədar, 13 yanvar tarixində Gənclər və İdman Nazirinin müavini Cənab İntiqam Babayevin iştirakı ilə 40 nəfər qeyri hökümət təşkilatı rəhbərləri və bir sıra Nazirlik rəhbərləri üçün nəzərdə tutulan “Gənclərin İş Sektorunda Keyfiyyət Təminatı” adlı təlimin başlanmasına start verilmişdir.

Xanım Oreliya Buşez öz çıxışında Vitse-Kansler Cənab Erik Fuaşa Azərbaycandakı fəaliyyətinə görə öz təşəkkürlərini bildirərək bu fəaliyyətin Fransanın Azərbaycan təhsil sistemində aparılan islahatlara və Fransa təhsil sisteminin mükəmməlliyini təbliğ etməkdə olan rolundan bəhs etmişdir. Xanım Səfir həmçinin, Fransanın xarici tələbə sayına görə dünya üzrə 3-cü yerdə qərarlaşdığını qeyd edərək , Paris Sorbon Əbu-Dabinin ümumidünya fransız təhsil proqramının tərkib hissəsi olduğunu vurğulamışdır.

JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 15/02/2017

hautdepage