Neft-kimya sənayesi: AXENS SOCAR-la yeni müqavilə imzalamışdır

Fransanın AXENS şirkəti SOCAR-la buten istehsalına lisenziya verən müqavilə imzalamışdır. Müqavilə Fransanın Azərbaycandakı Səfiri Xanım Orelya Buşezin iştirakı ilə 20 dekabr tarixində SOCAR-ın ofisində imzalanmışdır. SOCAR-ın həmçinin digər beynəlxalq şirkətlərlə müqavilələrə imza atdığı bu mərasim rəsmi olaraq Azərbaycanın Neft-kimya Kompleksinin (Gaz Processing and Petrochemical Complex / GPC) tikintisinə start verir.. Bu kompleks Bakı ətrafında, Qaradag ərazisində yerləşəcək və 2022-ci ildən etibarən ildə 570 000 ton etilen və 120 000 ton propilen istehsal etmək gücünə malik olacaqdır. AXENS fransız şirkəti bir il bundan əvvəl Bakı Neftayırma zavodunun müasirləşdirilməsi üçün müqavilə əldə etmişdir.

JPEG

publie le 13/02/2017

hautdepage