Mişel Deneken Strasburq Universitetinin prezidenti təyin olunmuşdur

Çərşənbə axşamı 13 dekabr 2016-cı il tarixində, Strasburq Universitetinin idarə heyəti tərəfindən Mişel Deneken Universitetin prezidenti təyin olunmuşdur. O, rəqibi Elen Mişelə nəzərən, 26 səs (1 səs bitərəf olmaqla) toplayaraq 4 il müddətinə seçilmişdir.

JPEG

Mişel Deneken Strasburq Universitetində 1989-cu ildən bəri müəllim, 2003-cü ildən professor, 2001-2009-cu illərdə Katolik teologiyası fakultəsinin dekanı olaraq çalışmışdır. 2009-cu ilin yanvar ayından 2016-cı ilin dekabr ayınadək həmin Universitetin maliyyə işləri və təhsil şöbəsinin vitse-prezidenti olmuşdur. 2016-cı ilin sentyabrında, Strasburg Universitetinin prezidenti Alen Beretzin Fransanın Təhsil və Tədqiqat Nazirliyində araşdırma və innovasiya direktoru seçilməsindən sonra, Universitetin rəhbərlik işlərinə müvəqqəti başçılıq etmişdir.

publie le 13/02/2017

hautdepage