MEDEF İnternational-ın Bakıya səfəri

10-13 may 2016-cı ildə MEDEF İnternational təşkilatı bank, tikinti, infrastruktur, telekommunikasiya, nəqliyyat, loqistika, şəhər xidmətləri, ətraf mühit, müdafiə, enerji, turizm, consulting, daşınmaz əmlak, kənd təsərrüfatı və qida sənayesi kimi 12 sahəni təmsil edən şirkətlərin, böyük Qrupların və KOM-ların rəhbərlərindən və nümayəndələrindən ibarət 40 nəfərlik heyətlə Bakıya səfər edəcəkdir.
MEDEF İnternational təşkilatının Fransa-Azərbaycan şirkət rəhbərləri şurasının prezidenti və Suez şirkətinin direkor müavini Xanım Mari-Anj Döbonun başçılıq edəcəyi nümayəndə heyətinin Bakıdakı 3 günlük səfəri Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi dövrdən etibarən bu şuranın aktiv fəaliyyətinin davamı olaraq həyata keçirilir. Sonuncu dəfə, MEDEF İnternational 2014-cü ilin may ayında Fransa Prezidentinin Azərbaycana səfəri zamanı otuz şirkət rəhbəri ilə Bakıya səfər etmişdir.
MEDEF İnternational təşkilatının Frasnsanın özəl sektoru üçün Azərbaycana həyata keçirdiyi sayca 6-cı səfərinin proqramı Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi və sıx əməkdaşlığı vasitəsilə təşkil olunmuşdur. Bu səfər, şirkətlərə Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli məmurları və onları maraqlandıran əsas dövlət müəssisələrinin rəhbərləri, yerli böyük şirkətlər və ölkədə aktiv fəaliyyət göstərən beynəlxalq maliyyə institutları ilə görüşüb birbaşa müzakirələr aparmaq imkanı verəcəkdir.
MEDEF international nümayəndə heyətinin şərəfinə həmçinin Fransanın Azərbaycandakı Səfiri Xanım Orelia Buşez tərəfinən qəbul təşkil ediləcəkdir. Bu, şirkətlərə səfər zamanı başladıqları müzakirələri davam etdirmək və yerli iş adamları ilə yeni əlaqələr qurmaq üçün yeni fürsətlər verəcək.

MEDEF İnternational
1989-cu ildə yaradılan MEDEF İnternational ikitərəfli səviyyədə MEDEFi dünyada təmsil edir. O, əsasən inkişaf etməkdə olan ölkələrdə fransız şirkətlərinin təcrübəsini, ticarət mübadiləsini, texnologiyalar sahəsində mübadiləni, uzunmüddətli partnyorluğu və investissiyaları təşviq edir.
7100 fransız şirkəti 81 ikitərəfli coğrafi Şura çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir. Bu Şuralar hər il Parisdə və ya xaricdə dünyanın dövlət və özəl sektor sahələri nümayəndələri ilə yüksək səviyyədə təşkil olunan 160 görüş zamanı toplanırlar.
Əlaqə:
Kommunikasiya: Xanım Géraldine LEMBLE-PAVLOV
Qafqaz : Cənab Bogdan GADENNE-FEERTCHAK, missiya üzrə məsul şəxs

publie le 13/05/2016

hautdepage