Göyçay rayon fransız dili müəllimləri üçün təlim 13-17 iyun 2016

Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Azərbaycan Təhsil Problemləri İnstitutunun təşəbbüsü ilə Göyçay rayonunda 27 fransız dili müəlliminə pedaqoji təlim təşkil olunur. İrina Dö Hert və Alin Pelisie tərəfindən keçirilən bu təlimin məqsədi müəllimlərə fransız dilinin tədrisi üzrə yeni vasitələr təqdim etmək və onlara bizim dili təcrübədən keçirməyə imkan verməkdir.
Göyçay rayonunda təlimin açılışında iştirak edən Fransa Səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə Attaşesi fransız dili müəllimlərinin dinamizmini və dilimizin tədrisində onların sarsılmaz səylərini yüksək qiymətləndirdi. O, təlimin keçirildiyi 3 nömrəli orta məktəbin rəhbərliyinə və eləcə də Göyçay rayon təhsil şöbəsinin rəhbərliyinə bu təlimin keçirilməsinə imkan yaratdığı üçün minnətdarlığını ifadə etdi.

JPEG

publie le 20/07/2016

hautdepage