Fransız-Azərbaycan Universiteti (UFAZ)

UFAZ haqqında

Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin istəyinə əsaslanan iddialı bir layihədir.

Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Neft və Sənaye Universiteti (ASOIU) rəhbərlik edir.

2016-cı il sentyabr ayına elan olunan açılışdan etibarən, Neft və Sənaye (ASOIU) universetinin təchiz və təmir olunmuş binalarında UFAZ bakalavr dərəcəsində 4 ikili diplom təmin etməyi nəzərdə tutur:

5. Kimya mühəndisliyi üzrə bakalavr (Unistra / ASOIU)
6. İnformatika elmləri üzrə bakalavr (Unistra / ASOIU)
7. Geofizika üzrə bakalavr (Unistra / ASOIU)
8. Neft kəşfiyatı və istismarı üzrə bakalavr (Ren1 / ASOIU)

Dərslərin 50%-i fransız müəllim heyəti tərəfindən, qalan 50% isə azərbaycanlı müəllim heyəti tərəfindən tədris olunur. Dərslər ingilis dilində keçirilir (fransız dili tədricən təhsil proqramına daxil ediləcək).

2016-cı il sentyabr ayı dərs ilinin başlanğıcında:

- 120 yer Azərbaycan Respublikası Hökuməti tərəfindən tamamilə maliyyələşdirilir (bu təqaüd 4 bakalavr ilini əhatə edir)

- Ödənişli əsaslarla 40 yer

UFAZ-ın məqsədləri hansılardır?

- Beynəlxalq səviyyədə mükəmməl bir universitet təsis etmək.

- Qarşılıqlı faydalı olan yüksək səviyyədə davamlı elmi və texnoloji əməkdaşlıq yaratmaq və inkişaf etdirmək.

- Azərbaycan Ali təhsil islahatını sürətləndirmək.

- Sənaye və şirkətlərlə sıx əməkdaşlıq edərək Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edən, xüsusilə elm və qabaqcıl texnologiyalar sahəsində, ingilis və fransızdilli yüksək səviyyədə insan resursları hazırlamaq.

UFAZ-a kim müraciət edə bilər?

UFAZ-a ilk növbətə Azərbaycan Ali məktəblərinə qəbul imtahanını uğurla keçən orta məktəbi bitirmiş azərbaycanlı tələbələr müraciət edə bilərlər. UFAZ, ingilis dilini bilən və texniki istiqamətli tələbələri qəbul edir.

Lakin, beynəlxalq əhatə dairəsi olan bu layihə, həmçinin xarici tələbələri inteqrasiya etmək arzusundadır.

UFAZ-a necə dəstək vermək olar?

UFAZ-ı dəstəkləyin və onun fonduna üzv olun!

Bizə dəstək göstərmək üçün bir çox vasitələr mövcuddur:

- UFAZ tələbələri üçün qısa müddətli seminarların aparılması məqsədi ilə ixtisaslı mühazirəçilər təmin etmək;

- UFAZ tələbələrini öz şirkətinizə qısa və ya uzun müddətli staja götürməyi qəbul etmək;

- UFAZ labaratoriyalarının avadanlıqla təmin olunmasına dəstək vermək;

- Azərbaycan qanunları əsasında fəaliyyət göstərən UFAZ fonduna ianələr (nəğd və ya digər şəkildə) vermək.

UFAZ haqqında daha ətraflı

Contact

Charlotte Payen, Koordinator UFAZ
+994 51 32 137 68
ufaz@asoiu.edu.az
charl.payen@gmail.com

Faydalı linklər
www.edu.gov.az
www.asoiu.gov.az
Facebook : UFAZ University https://www.facebook.com/ufaz.university/?fref=nf

publie le 30/06/2016

hautdepage