Fransız-Azərbaycan (UFAZ) universitetinin təqdimatı

Cənab rektor Mustafa Babanlının dəvəti ilə Fransanın Azərbaycandakı səfiri Zati-Aliləri xanım Orelia Buşez cümə axşamı 26 may tarixində Azərbaycan Respublikası Təhsil nazirliyinin təmsilçiləri ilə yanaşı Fransız-Azərbaycan (UFAZ) universitetinin ilk ictimai təqdimatında iştirak etmək üçün Neft və Sənaye Universitetində olmuşdur.

Səfir, böyük sayda gələn Bakı elmi məktəblərin direktorları və şagirdləri qarşısında Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü və dəstəyi ilə əsası qoyulan bu layihənin əhəmiyyətini xatırlatdı.

Səfir vurğuladı ki, UFAZ fransız və azərbaycanlı müəllimlərin azərbaycanlı tələbələrə və həmçinin gələcəkdə bütün bölgədən gələn tələbələrə ingilis və fransız dillərində tədris etdiyi Qafqazın Avropa universiteti olacaq.

UFAZ 2016-cı il sentyabr ayında Bakıda fəaliyyətə başlayacaq. Strasburq universiteti tərəfindən təşkil olunan imtahan (iyul 2016) əsasında seçilmiş gələcək tələbələr Azərbaycan hökumətinin təhsil təqaüdlərindən faydalanacaqlar. Aşağıdakı sahələrdə ikili diplomlar (Fransız və Azərbaycan) təklif olunacaq:

1. Kimya mühəndisliyi (Strasburq Universiteti / ASOIU)
2. İnformatika elmləri (Strasburq / ASOIU Universiteti)
3. Geofizika (Strasburq / ASOIU Universiteti)
4. Neft kəşfiyyatı və istismarı mühəndisliyi (Ren 1 Universiteti / ASOIU)

Daha ətraflı məlumat üçün:

Şarlot Payen, UFAZ-ın Koordinatoru

coordinator-ufaz@asoiu.edu.az / +994 51 32 137 68

JPEG

publie le 14/06/2016

hautdepage