Fransanın Xarişi İşlər və Beynəlxalq İnkişaf nazirliyinin bəyanatı

Dağlıq Qarabağ münaqişəsi - Atəşkəsə riayət olunmasına çağırış (2 aprel 2016)

Fransa Dağlıq Qarabağda təmas xəttində baş vermiş hadisələrdən narahatlığını bildirir. Fransa insan təlafatı ilə, xüsusilə də mülki şəxslər arasında itkilərlə bağlı dərin təəssüf hissi keçirir. Fransa hər iki tərəfi atəşkəsə riayət etməyə çağırır. İyirmi ildən artıq müddətdən bəri davam edən bu münaqişə yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, bizim dəstək verdiyimiz Minsk Qrupunun himayəsi altında tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər. Fransa dərhal danışıqlar masasına qayıtmağı çağırır. Biz bunun üçün səylərimizi əsirgəməyəcəyik.

publie le 19/04/2016

hautdepage