Fransanın Azərbaycandakı səfiri cüdo yarışında

Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez, fransız idmançılarının qatıldığı (iyirmiyə yaxın) Grand Slam beynəlxalq cüdo turnirinin açılış mərasimində iştirak etmək üçün cümə günü mayın 6-da Heydər Əliyev adına İdman Sarayına ziyarət etmiş və idmançılara məşqlər zamanı dəstək olmuşdur.

Mərasimin sonunda xanım Orelia Buşez, 48 kg çəki dərəcəsində bürünc medal qazanmış Letisia Payet-in qələbəsində iştirak etmiş və ona təbriklərini çatdırmışdır. Xanım Payet 2016-cı ilin avqust ayında Rio şəhərində baş tutacaq Olimpiya Oyunlarında Fransanı öz kateqoriyasında təmsil edəcək.

JPEG

JPEG

JPEG

JPEG

publie le 27/05/2016

hautdepage