“Fransa” stendin şənbə 1 oktyabr 2016-cı il tarixində keçirilən Avropa Şəhərciyində böyük uğuru

JPEG

Fransız İnstitutu “Tarixi Fransa” mövzusu üzrə maskarad müsabiqəsi təşkil etdi. Bu münasibətlə, Rus Dram Teatrı barok üslublu iki gözəl kostyumu Səfirliyin ixtiyarına verdi.

Fransız rəssamı tərəfindən düzəldilən 20-ci illərin qadın personaj manekeni Avropa Şəhərciyi iştirakçılıarının və ziyarətçilərinin diqqətini çəkərək, foto mənbəyinə çevrildi.

Ziyarətçilər sponsorların payladığı çoxsaylı hədiyyələri qazanmaq üçün (Galerie Lafayette, Thalès, l’Occitane, Yves Rocher…), Ladurée restoranının baş aşbazının şirniyyat hazırlanması nümayişini izləmək üçün, eyni zamanda, Fransız İnstitutu müəllimlərinin keçdiyi fransız dili dərslərində iştirak etmək üçün Avropa Şəhərciyinin "Fransız köşkünə" tələsirdilər.

Avropa imzası, dəyərləri və müxtəlifliyi altında keçən bu tədbir, fransız DJ David Vandettanın konserti ilə başa çatdı.

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 09/11/2016

hautdepage