Fransa səfiri, Zati-Aliləri xanım Orelia Buşezin Şəki şəhərinə səfəri

Fransa səfiri Zati-Aliləri xanım Orelia Buşez Şəki şəhərinin icra başçısı cənab Elxan Usubovun dəvəti ilə 28 və 29 aprel tarixlərində Şəki şəhərinə səfər etmişdir. Bu münasibətlə Səfir, xüsusi ilə fransız dilinə xidmət edən nümunəvi peşə fəaliyyətinə görə Şəki şəhər 1 nömrəli orta məktəbin direktoru xanım Tahirə Cabbarovanı Akademik Palma ordeni ilə təltif etdi. Xanım Səfir bundan əlavə Kiş kənd orta məktəbini ziyarət etdi və hər iki məktəbə Şəki şəhəri ilə tvinninq çərçivəsində Kolmar şəhər bələdiyyəsi tərəfindən göndərilən yüzə yaxın kitabı hədiyyə etdi.

Xanım səfir eyni zamanda, « Şəki 2016: Türk dünyasının mədəniyyət mərkəzi» tədbirinin açılış mərasimində və bayram şənliyində iştirak edərək şəhərin mədəniyyət və irsinə ehtiramını ifadə etdi.

O, həmçinin Fransa müqavimət hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr olunmuş muzeyi ziyarət etdi və II Dünya müharibəsi zamanı nasizm və barbarlığa qarşı mübarizədə iştirakına görə fransız xalqının minnətdarlığını bildirdi.

JPEG

JPEG

JPEG

JPEG

JPEG

publie le 12/05/2016

hautdepage