Bazar ertəsi 21 may 2012-ci ildə, Fransanı Eurovision-da təmsil edən Anggun-ün şərəfinə Fransa Səfirliyi Beynəlxalq Muzey Mərkəzində ziyafət təşkil etdi. Burada Azərbaycanda yaşayan Fransa vətəndaşları, Azərbaycan hökümət orqanlarının nümayəndələri iştirak etdi. Təyin edilmiş Səfir Paskal Mönye öz salamlama nitqində Fransanın musiqi komandasına həmyerlilərinin dəstəyini çatdırdı və bu müsabiqədə Fransa təmsilçisinə, eləcə də bütün nümayəndə heyətinə uğurlar arzuladı. Öz təşəkkürünü bildirən Anggun, Fransanı bu müsabiqədə təmsil etməkdə şərəf duyduğunu vurğuladı. Anggun İndoneziya əsillidir, o, müğənni karyerasına uşaq ikən başlamışdır, 20 yaşından sonra isə Fransanı və dünyanı fəth etməyə yollanmışdır. Onun fransız, ingilis, indoneziya dilində olan uğuru mahnıları (Snoz on the Sahara, La Rose des vents, Etre une femme, Cesse la pluie) vardır, bir neçə il ərzində onun, 2 milyondan artıq albomu satılmışdır, albomları artıq 35 ölkədə çıxır və Avropanın ən çox satılan ilk 5 mügənnisindən, ABŞ-da isə Billboard-da albomları satılan ilk 20 ifaçıdan biridir. Onun çoxsaylı mükafatları vardır : World Music Awards mükafatları, Papa II Yohann Pavel-in iştirakı ilə keçirilən Milad konsertində çıxışı; Fransanın İncəsənət və Ədəbiyyət Ordeninin kavaler rütbəsi. Bakıda keçirilən Eurovision musabiqəsində bu ifaçı Echo/You and I mahnısını oxuyacaq. Mahnını ifaçının rəsmi saytında dinləyə bilərsiniz : http://www.anggun.com/
