Fransa Səfiri UFAZ tələbələrinə fransız tələbə bilətlərini təqdim etdi

Fransa Səfiri UFAZ tələbələrinə fransız tələbə bilətlərini təqdim edti
27 oktyabr tarixində, Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez, Azərbaycan Neft və Sənaye Universitetinin, Strasburq Universitetinin və Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin tələbələrinə fransız tələbə bilətlərini təqdim etmişdir. Tədbir Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Xanım Səfir öz çıxışında Fransa-Azərbaycan əməkdaşlığından doğan bu təhsil layihəsinin yaranışından bəhs edərək vurğulamışdır ki, bu layihə Fransa Prezidenti Fransua Ollandın 2014-cü il oktyabr ayında Azərbaycana ilk səfəri zamanı hər iki ölkə prezidentlərinin birgə təşəbbüsü əsasında yaranmış və iki il sonra həyata keçirilmişdir. UFAZ-ın rəsmi açılış mərasimi 15 sentyabr 2016-cı ildə baş tutmuşdur.
UFAZ unikal və innovativ akademik əməkdaşlıq olmaqla, bu ilin yayında seçilmiş 141 azərbaycanlı tələbəyə Bakıda Fransadakı kimi eyni şərtlər əsasında təhsil almağa imkan verir: tələbələr öz ölkələrini tərk etmədən fransız tələbələr kimi fransız diplomuna yiyələnəcəklər. Strasburq Universitetinin tələbə biletləri tələbələrə Strasburq universitetinin onlayn xidmətlərindən (mediateka), həmçinin Fransaya səfər etdikləri zaman tələbələr üçün nəzərdə tutulmuş bütün digər xidmətlərdən istifadə etmək imkanları yaradır.

Link :
https://www.facebook.com/ufaz.university/?fref=ts

JPEG

JPEG

JPEG

JPEG

publie le 01/11/2016

hautdepage