Fransa Azərbaycan münasibətləri

Siyasi əlaqələr

Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir (31 dekabr 1991-ci il) və öz səfirliyini Bakıda 1992-ci ildə açmışdır. Fransa, məqsədi Ermənistan ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarmaq olan ATƏT-in Minsk qrupuna həmsədrlik edir. Fransa, həmçinin Avropa qonşuluğu siyasəti çərçivəsində, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlıqda da fəal rol oynayır.

İkitərəfli əlaqələr

İkitərəfli əlaqələr çoxsaylı səfərlərlə zəngindir. İlham Əliyev prezident kimi ilk ikitərəfli səfəri 2004-cü ilin yanvarında məhz Parisə etmişdir. Azərbaycan Prezidentinin Fransaya dövlət səfəri isə 2007-ci ilin yanvar ayında baş tutmuşdur, o, bu ölkəyə yenidən 2007-ci ilin noyabr ayında həmkarı Nikola Sarkozi ilə görüşmək üçün getmişdir. (bu səfər prezidentin 2003-cü il Azərbaycana hakimiyyətə gəlişindən sonra Fransaya yeddinci səfəri idi). 2008-ci ildə yenidən seçilən prezident İlham Əliyev Fransaya 9 dekabr 2009-cu ildə rəsmi səfər etmışdir. (Respublika prezidenti, Senatın və Milli Assambleyanın prezidentləri və Avropa məsələləri və Xarici işlər naziri ilə görüşləri). 2011-ci il oktyabrın 7-də, Prezident Sarkozi Bakıya gəlmişdir və Prezident Əliyevlə birlikdə Bakı Fransız Liseyinin ilk təməl daşı qoyulmuşdur. 2012-ci il sentyabrın 18-də, Azərbaycanın maliyyə dəstəyi verdiyi Luvr Muzeyindəki İslam Mədəniyyətləri Pavilyonunun açılışı münasibətilə, Prezident Olland Parisdə, öz növbəsində Prezident Əliyevi qəbul etmişdir.

Xarici İşlər Nazirliklərinin əlaqələri müntəzəmdir. Xarici İşlər Nazirlikləri arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli olmaqla mütəmadidir. 2012-ci il iyulun 30-da Cənab Elmar Məmmədyarov Parisdə Xarici İşlər Naziri Loran Fabius tərəfindən qəbul edilmişdir. Bundan əlavə, 2012-ci il dekabrın 7 və 8-də Bakıda ikitərəfli siyasi məsləhətləşmələr keçirilmişdir. Kontinental Avropa İdarəsinin Direktoru Cənab Erik Furnie Prezident Əliyevin diplomatik müşaviri Cənab Novruz Məmmədov, Xarici İşlər Naziri Cənab Elmar Məmmədyarov və Xarici İşlər Nazirinin müavini Cənab Xələf Xələfov tərəfindən qəbul edilmişdir.

2012-ci il ikitərəfli görüşlərin xronologiyası:

-  JPEG Mart ayını 9-dan 11-dək 2012-ci il : “Fransa inciləri” sərgisinin açılışı çərçivəsində Fransanın Mədəniyyət və Kommunikasiya Naziri Frederik Mitteranın Azərbaycana səfəri zamanı fransız muzeylərindən gətirilmiş 1950 əsər nümayiş etdirilmişdir

-  JPEG2012-ci il 30 iyul : Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Fransaya səfəri. Onun həmkarı Loran Fabius ilə apardığı danışıqlar. Dondurulmuş Dağlıq Qarabağ münaqişənin həlli perspektivləri, siyasi, iqtisadi və ticarət əlaqələrini gücləndirilməsi və əməkdaşlığın müxtəlifləşdirilməsi bu görüşün gündəmində olmuşdur.

-  JPEG2012-ci ilin 18 -19 sentyabr ayında Prezident Ilham Əliyevin Fransaya səfəri. Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti müşayiətilə Prezident İlham Əliyev Prezident Holland tərəfindən qəbul edilmişdir

Parlamentlərarası əlaqələr

Parlamentlərarası əlaqələr sıx və dolğundur: Senatın sədri Azərbaycana 1999-cu ildə səfər etmış; Senatın dostluq qrupunun sədri də Azərbaycana çoxsaylı səfərlər etmişdir.
Azərbaycan parlamentinin sədri isə Parisə ilk olaraq 1999-ci ildə sonra isə 2004-cü ildə Senatın sədri tərəfində təşkil olunmuş Cənubi Qafqazın 3 dövlət parlamenti sədrləri ilə görüşləri çərçivəsində getmişdir. Fransa-Azərbaycan dostluq qrupundan ibarət nümayəndə heyəti Bakıya 14-21 iyun 2008-ci ildə Azərbaycan Parlamentinin (Milli Məclis) təşəbbüsi ilə səfər etmişdir; bu, dostluq qrupunun nümayəndə heyətinin 1991-ci il müstəqillikdən sonra Azərbaycana ilk səfəridir. 2012-ci ilin fevralında Senat və Milli Assambleya parlamentarilərindən ibarət birgə nümayəndə heyəti Azərbaycanda olmuşdur. 2012-ci il sentyabrın 30-da fransız senatorlarından ibarət nümayəndə heyətinin Bakıda enerji mövzularına həsr olunmuş bir sıra görüşləri olmuşdur.

Kommersiya əlaqələri

Azərbaycan - Qafqaz ölkələri içərisində Fransanın ən sıx kommersiya əlaqələri yaratdığı ölkədir, bu, xüsusilə onun karbohidrogenlərlə təchizatı ilə əlaqədardır. Azərbaycanla adətən yüksək olan və 2005-ci ildə 494 milyon olan ticarət dövriyyəsi, 2005-ci Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2006-cı ildə Bakı-Tbilisi- Ərzrum qaz kəməri və Azəri-Çıraq-Günəşli yatağında istehsalın artması nəticəsində iki dəfə yüksəlmiş və 2008-ci ildə 1,8 milyard, 2011-ci ildə isə 3,2 milyard avroya çatıb, bu yüksəliş liviya neftinin azərbaycan nefti ilə əvəz edilməsi nəticəsində olmuşdur.2012-ci ildə ticarət dövriyyəsi yenidən aşağı düşmüş və 1,9 milyard avro təşkil edib (-40%), 2008-ci il səviyyəsinə enib, bu idxalımızın 99%-ni təşkil edən karbohidratların alınmasının aşağı düşməsi nəticəsində olub. Bütün məhsullar nəzərə alınmaqla 2011-ci ildə Azərbaycanla ticarət əlaqələrində 2-ci yerdə olan Fransa 2015-ci ildə 5-ci yerə düşüb. İdxalımız 2012ci ildə 1,76 milyard avro təşkil edib, ondan əvvəlki il isə 3,15 milyard avro olub, 1,75 milyard avroya neft alışı ilə Fransa Azərbaycanın 3-cü neft alıcısı olub. Azərbaycana ixracat 2008- ildə 150 milyon avro təşkil edib, sonrakı illərdə azalaraq 2012-ci ildə yenidən yüksələrək 164,9 milyon avro təşkil edib və Azərbaycana ixrac edən ölkələr arasında Fransa 10-cu yeri tutub. İdxalla müqayisədə Azərbaycana ixrac daha çox sahəlidir, əsasən təchizat avadanlıqlarından (50,6%) informatika və elektronika avadalıqlarından, sənaye və /və ya kənd-təsrrüfatı avadanlıqlarından, digər sənaye məhsullarından (28,7%), məsələn, kimyəvi, kosmetik, metal məmulatlarından ibarətdir. Neft və neft məhsullarından savayı, fransız müəssisələri bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Fransız müəssisələri neft və neft məhsulları sənayesində daha yaxından iştirak edirlər, Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildirlər. Total bu konsorsiumun 5%-nə və Bakı-Tbilisi- Ərzrum qaz kəmərinin 10%-nə malikdir. 2009-cu il fevralın 27-də Total şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında PSA tipli müqavilə imzalayıb (Totalın pay iştirakı 40%), və az sonra müqavilə çox ümidverici olub. Sonralar GDF Suez şirkəti 20% pay iştirakı ilə konsorsiuma qoşulub. 2008-ci il dekabrın 15-də fransız CNİM şirkəti Bakıda zibil emalı zavodunun tikintisi (346 milyon avro, 2012-ci ilin dekabrında işə salınıb) və zavodun 20 il ərzində istismarı (350 milyon avro) barədə müqavilə imzalayıb. Bu fransız müəssisəsinin Qafqazda imzaladığı ən mühüm müqavilədir. Yeri gəlmişkən onu da qeyd edək ki, 2009-cu ilin mayında SYSTRA şirkəti Bakı metropoliteninin genişləndirilməsi mümkünlüyünü öyrənməyi nəzərdə tutan 5,85 milyon avro dəyərində müqavilə imzalayıb. 2010-cu il noyabrın 5-də ARİANSPACE şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasını nəzərdə tutan 93 milyon dollar dəyərində müqavilə imzalayıb, peyk 2013-cü il fevralın 7-də buraxılıb. 2010-cu ilin oktyabrında AXA, Azərbaycanın Mbask sığorta şirkətinin səhmlərinin 51 %-ni alıb. 2011-ci ilin fevralında SADE şirkəti Dünya Bankı tərəfində maliyyələşdirilən, Şabran və Siyəzən rayonlarının su-kanalizasiya xəttlərinin çəkilməsi, nasos stansiyalarının qurulması və çirkab sularının təmizlənmsinə dair 40 milyon avro dəyərində olan tenderin qalibi olub. 2012-ci ilin fevral ayında DASSAULT firması 85 milyon dollara bir ədəd Falcon təyyarəsi satıb. Aqrar və aqrar-yeyinti sahəsində əlaqələr hələ ki, cüzidir, amma imzlanması gözlənilən və minədək inəyin alınmasını nəzərdə tutan Memorandum of Understanding sayəsində genişlənəcək. Bununla yanaşı 2013-cü ilin birinci yarısı üçün proqramlaşdırılmış kommersiya tədbirləri turizm və dağ idmanı, mülki müdafiə həmçinin ilk dəfə 2015-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutlan avropa olimpiya oyunlarına hazırlıq bizim müəssisələrin tanınmasına imkan verəcək. Onu da qeyd edək ki, Azərbaycan idxal edən müəssisələrin siyasi-kommersiya risklərini sığorta edən “COFACE” İxrac Kredit Agentliyindən xidmətlərindən istifadə edə bilər. İqtisadi əməkdaşlığa dair birgə fransız-azərbaycan komissiyası, növbə ilə ildə iki dəfə, bu ölkələrin birində yığışır, komissiyanın qarşısında ikitərəfli əməkdaşlığı stimullaşdırmaq vəzifəsi durur. Birgə komissiyanın 6-cı iclası 2011-ci il sentyabrın 23-də Parisdə olub, 7-ci 2013-cü ilin ikinci rübündə Bakıda olacaq.

Mədəni, elmi və texniki əməkdaşlıq

Əməkdaşlıq və Mədəniyyət şöbəsi Fransanın xarici ölkələrdə və o cümlədən Azərbaycanda mədəniyyət, texnika, elm və təhsilin bütün sahələrində əməkdaşlığı həyata keçirdiyi fəaliyyət alətidir.

Universitetlərarası əməkdaşlıqda və fransız dilində təhsildə prioritet azərbaycan elitasının formalaşmasına, xüsuilə də Milli Administrasiya Məktəbində qısa müddətli hazırlığa yönəlib. Bizim ali təhsil müəssisələrimizə, məsələn “Körpülər və Avtomobil yolları” universitetinə maraq açıq-aydındır və bu təhsil müəssisəsində azərbaycanlı tələbələrə üçün ayrılan iki təqaüd buna cavabdır. Bu əməkdaşlıq fransız dilinin administrativ orqanlarda tədris olunmasına daha üstünlük verilməsinə sövq edir. Ümumiyyətlə isə belə dəstək həmçinin Fransa hökumətinin dinamik tərzli təqaüdlərinin verilməsində özünü göstərir: 2012-2013-cü tədris ilində 22 təqaüd verilib, 2013-2014-cü tədris ili ücün artıq 14 təqaüd ayrılıb, digər təqaüdlər də ayrılmaq üzrədir.

Universitetlərarası əməkdaşlıq 5 universitetdə - (Dillər Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov Unversitetinin filialı, Gəncə Unversiteti, Naxçıvan Unversiteti)- spesifik proqramların (Fransız dili xarici dil kimi) həyata keçirilməsi ilə xarakterizə olunur. 2015-ci il üçün bizim açıq məqsədimiz bu proqramları müəllimlər hazırlayan digər universitetlərdə də ( Lənkəran, Quba, Şəki...) həyata keçirməkdir.

Universitetlərarası çoxsaylı əməkdaşlıq bundan sonra da genişləndiriləcək: məsələn Strasburq universiteti Bakı Dillər Universiteti ilə yazılı və şifahi tərcümə kafedrasının yaradılmasında fəal iştirak edib. Versal Müəllimlər İnstitutu Bakıda fransız dili müəllimlərini təkmilləşməsinin həyata keçirilməsinə şərait yaradıb.

İkitərəfli əməkdaşlıq çərivəsində ilk dəfə olaraq Lil siyasi elmlər institutunda Azərbaycanla Fransa arasında əməkdaşlıq və tələbə mübadiləsi layihəsi həyata keçiriləcək.

2012-ci ildə Bakı universitetlərində 179, regionlarda isə 44 tələbə fransız dili fakültəsinin birinci kursuna qəbul olub. Bizim məqsədimiz 2015-ci ildə bu rəqəmləri 250-yə çatdırmaqdır. Bu fransız dilinin dil daşıyıcıları tərəfindən tədris olunmasının artırılması və azərbaycanlı müəllimlərin hazırlanmasının təkmilləşdirilməsi sahəsində mümkün olub. 2013-cü ildə Gəncədə təşkil olunacaq “Village français” də bu ruhda olan tədbirlərdəndir, ötən ildən fərqli olaraq bu il ona daha geniş vüsət veriləcək və azərbaycanlı fransız dili müəllimlərinin hazırlanması daha yüksək səviyyədə keçiriləcək.

Bu əməkdaşlıq eyni zamanda 2002-ci ildə Bakıda yaradılmış Fransız Anadolu Araşdırmalar İnstitutu filialının elmi və elmi-tədqiqat fəaliyyətinin genişləndirməsində özünü göstərir.

Əməkdaşlığı maddi cəhətdən təmin etmək üçün Fransanın Azərbaycandakı Səfirliyinin Əməkdaşlıq və Mədəniyyət şöbəsi maliyyə vəsaiti təmin edilir. 2012-ci ildə mədəni, elmi və texniki əməkdaşlığa ayrılan vəsait 385 063 avro təşkil edir.

Fransız dilinin tədrisinə dəstək əməkdaşlığın üstünlük verildiyi əsas inkişaf xəttidir. Bundan etibarən dövlət qurumları üçün təşkil olunan ödənişsiz fransız dili kurslarından başqa, biz müəssisələrə pedaqoji material və kitab formasında da yardım göstərəcəyik. 2013-cü il üçün bizim məqsədimiz – mesenatlıq yolu ilə pedaqoji vəsaitlər (dərslik, lüğət) fondu yaratmaq və beynəlxalq təşkilatları, məsələn, “Sərhədsiz kitabxanalar”ın buna qoşulmasına şərait yaratmaqdır.

2011-ci ildə Jorj Sand adına mədəniyyət mərkəzi Bakı şəhərində Azərbaycanda Fransız İnstitutuna çevrildi və hazırda Azərbaycanda fransız mədəniyyətinin yayılması yolunda fəaliyyət göstərir. Onun mediatekasının sayəsində oxucular fransız dilində olan əsərlərlə yaxından tanış olmaq imkanı əldə edir. Mediateka açıq olan saatlarda xüsusi hazırlıq keçmiş kitabxanaçı heç nə əsirgəmədən lazımi məsləhətlər verir. “Kino klub” fəalyyət göstərir və ayda bir dəfə tamaşaçılara ən yaxşı fransız filmlərindən biri nümayiş etdirilir. Həftə ərzində, gündüz və axşam, ixtisaslı fransız dili müəllimləri, uşaqlardan tutmuş idarə və təşkilatlarda çalışanlar üçün 8 səviyyə üzrə fransız dilini tədris edir, DELF, DALF, TCF, TEF imtahanlarına hazırlayırlar. Fransız dilinin tədrisinin çoxşaxəliliyi çərçivəsində biz TOTAL şirkəti ilə əməkdaşlıqda azərbaycanlı mühəndislərin gələcəkdə Fransada təhsil almalarına imkan vermək üçün onlara fransız dili kursu təşkil edirik. Fransız dilinin daha sürətlə örənilməsi və mənisənilməsinə nail olmaq üçün bu yaxınlarda Fransız İnstitutu interaktiv avadanlıqlarla təchiz olunub.

Fransız İnstitutu həmçinin mübadilə və müzakirə mərkəzidir. O, ictimaiyyəti maraqlandıran mövzular üzrə mühazirələr və müzakirələr təşkil edir, gənclər üçün xüsusi bir proqram tərtib olunmuşdur. İnstitut həmçinin sərgilər də təşkil edir.

Bakının ən böyük tamaşa zalları ilə əməkdaşlıqda bədii və mədəni tədbirlər həyata keçirilir. Fransız sənətkarlarının iştirakı ilə mütəmadi olaraq konsertlər təşkil olunur.

Təhlükəsizlik sahəsində əməkdaşlıq

2002-ci ilin sentyabrından Fransa səfirliyi yanında regional təhlükəsizlik attaşe fəaliyyət göstərir, iqamətgahı Tbilisi şəhərindədir, fəaliyyət dairəsinə həmçinin Ermənistan və Gürcüstan daxildir. Azərbaycan Respublikası Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 2006-cı ilin iyun ayında Fransaya səfərindən sonra mülki müdafiə sahəsində əməkdaşlığa başlanılıb. 2007-ci ilin yanvarında bu sahədə dövlətlərarası müqavilə bağlanıb. Bu əməkdaşlıq avadanlıqla təchizatı, məsləhət və kadr hazırlığı, həmçinin mərkəz və regional səviyyələrdə böhranların idarə olunması mərkəzlərinin yaradılmasını nəzərdə tuturdu.

Digər sektorlarda əməkdaşlıqda baytarlıq və bağçılıq böyük maraq oyatdı və azərbaycanlı partnyorlarımız qəti öhdəliklər götürdülər, baytarlıq idarəsinə yardım çərçivəsində Dövlət Baytarlıq Xidməti yarandı və Qubada bağçılıq təsərrüfatı yenidən quruldu.

Sosial sahədə əməkdaşlıq çərçivəsində 2007-ci il yanvarın 30-da Fransa Respublikasının Əmək, Sosial Məsələlər və Mənzil nazirliyi ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri nazirliyi arasında ikitərəfli inzibati anlaşma imzalandı. Bu anlaşma indiyədək qüvvədədir, nəzərdən keçirilir və 2013-cü ildə yenidən imzalanacaq.

Hərbi əməkdaşlıq

2002-ci ilin sentyabrından Fransa səfirliyi yanında regional hərbi attaşe fəaliyyət göstərir, iqamətgahı Tbilisi şəhərindədir, fəaliyyət dairəsinə həmçinin Ermənistan və Gürcüstan daxildir. Hərbi və müdafiə əməkdaşlığı 2002-ci ildən mövcud olsa da əslində 2007-ci ildən genişlənməyə başlayıb. Onun 3 əsas istiqaməti aşağıdakılardır: fransız dilinin hərbçilərə tədrisi, müdafiə sisteminin islahatı, hərbi elitanın hazırlanması. 2012-ci ilin fevralından bir azərbaycanlı zabit Fransanın Hərbi Məktəbində təhsil alır. Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik funksiyasının yerinə yetirməsi ilə əlaqədar olaraq hərbi əməkdaşlıq təmkinlik və tarazlıq mövqeyindədir.

publie le 14/03/2013

hautdepage