Dövlət Katibi Jan-Mari Le Qüenin fransız iş adamları ilə görüşü

Fransanın İnkişaf və Frankofoniya üzrə Dövlət Katibi Cənab Jan-Mari Le Qüen Bakıya səfəri zamanı Səfir Orelya Buşez tərəfindən təşkil olunmuş şam yeməyi çərçivəsində fransız iş adamları ilə görüşmüşdür. Bu görüş fransız şirkətlərinin ölkədə oynadığı aktiv rol və Fransa ilə Azərbaycanı birləşdirən güclü iqtisadi əlaqələr barəsində fikir mübadiləsi aparmağa imkan vermişdir. İştirakçılar həmçinin təhsil məsələsi və universitetlərlə şirkətlər arasında əlaqələrdən bəhs etmişlər.

JPEG
JPEG
JPEG
JPEG

publie le 13/02/2017

hautdepage