Bakıda 14 iyul - Fransanın Milli bayramının qeyd edilməsi

Cümə axşamı 14 iyul 2016-cı il tarixində, Fransa Respublikasının milli bayramı münasibətilə, Azərbaycan Respublikası İqtisadiyyat və Sənayə nazirinin müavini cənab Sahil Babayevin də iştirakı ilə Hyatt Regency otelində tədbir təşkil edildi. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez öz nitqində xatırlatdı ki : “Bu gün, siyasətinin ürəyi sayılan azadlıq, bərabərlik və qardaşlıq dəyərlərini bayram edən Fransa üçün böyük gündür; bu gün həm də ona görə böyük gündür ki, mənə Fransa və Azərbaycan arasındakı dostluğu və əməkdaşlığı qeyd etməyimə fürsət verir.”

Xanım səfir, bu gün də daha zəngin olan və bütün sahələri əhatə edən sıx fransız-azərbaycan əməkdaşlığını xüsusi vurğuladı: yüksək səviyyəli siyasi dialoq, təhsil, mədəni və linqvistik əməkdaşlıq, iqtisadi partnyorluq : Azərbaycanda aktiv fransız müəssisələri çoxluq təşkil edir ki, bunu da tədbirin çoxsaylıı sponsorları bir daha təsdiq edir. Xanım səfir həmçinin, Fransanın Minsk qrupunun həmsədri olaraq Qarabağ münaqişəsini dinc, davamlı və danışıqlar yolu ilə həllində güclü və sarsılmaz öhdəliyini xatırlatdı. O, Azərbaycanın multikulturalizmə və dünyəviliyə olan bağlılığını qiymətləndirdiyini təkrar etdi.

Fransız və Azərbaycan Dövlət himnləri gənc bariton Rza Xosrovzadə tərəfindən ifa olundu. Tədbirdə 1000 nəfərə yaxın qonaq (siyasi, iqtisadi, mədəni, elmi və təhsil sahəsinin, diplomatik korpus və media dünyasının azərbaycanlı müəssisələrinin nümayəndələri ) iştirak etdi. Onlar, fransız kulinariyası təamlarının və şərablarının dadına baxaraq, Fransadan bu tədbirdə iştirak etmək üçün gələn FİLİGAN Guinguette triosunun, və bu qrupun birgə ifa etdiyi azərbaycanlı musiqiçilərin – Allahyar Vəzirovun başçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin Orkestrinin, eləcə də müğənnu Malik Ramizin hazırladığı musiqili əyləncə proqramından həzz aldılar.

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 16/09/2016

hautdepage