Azərbaycanda viza müraciətlərinin toplanılmasının kənar mənbəyə həvalə olunması üçün konsultasiya qaydası [fr]

1. Konsultasiyanın məqsədi

Fransanın Bakıdakı Səfirliyi Azərbaycanda adi pasportlara vizanın istənilməsi üçün sənədlərin toplanılması ilə bağlı material tapşırıqları (aşağıdakı qeyd olunmuş) öz üzərinə götürə biləcək yardımçı şirkətin seçilməsini həyata keçirir :

• görüşün alınması,
• məlumat və əhalinin qəbulu,
• dosyelərin alınması,
• dosye xərclərinin toplanılması ,
• barmaq izlərinin alınması,
• viza müraciət blankının yığılması,
• dosyelərin Fransa Səfirliyinə göndərilməsi
• və pasportların geri qaytarılması.

2. Təqvim

Namizədliyə çağırış müraciətinin onlayn yerləşdirilməsi 15 fevral 2017-ci il
Təkliflərin təqdim olunmasının son tarixi 14 aprel 2017-ci il
Seçki komissiyasının qərarı iyun 2017-ci il
Mərkəzin açılışının müvəqqəti tarixi oktyabr 2017-ci il

3. Konsultasiya dosyesinin geri götürülməsi

Bu təkliflə maraqlanan şirkətlər konsultasiyanın tam dosyesini Fransanın Bakıdakı Səfirliyinin aşağıdakı elektron ünvanlarına müraciət etməklə əldə edə bilərlər : antoine.simenel@diplomatie.gouv.fr; fabienne.drout-lozinski@diplomatie.gouv.fr; inna.bronzova@diplomatie.gouv.fr

Şirkət konsultasiyanın dosyesini istədikdə, Azərbaycan rəsmilərinin qeydiyyatından keçməsi ilə bağlı sənədi və şirkətinin hüquqi xarakterini dəqiqləşdirməlidir.

4. Dosyenin tərtib olunması

Namizədlərin təklifləri texniki tələblərdə yer alan bütün punktları əhatə etməlidir. Təkliflər A4 formatında (o üzlü-bu üzlü) tərtib olunmalı və 150 səhifədən (əlavələr də daxil olmaqla) artıq olmamalıdır. Mütləq şəkildə tamamlanmış təhlil qrafiki, təqdim olunan təkliflərə əlavə olunmalıdır.

Təfsilatı ilə verilməmiş məlumatları və ya düzgün tərtib olunmamış təhlil qrafiki olan təkliflər natamam hesab olunacaqdır.

Təhlil sxeması seçim meyarında mühim rol oynayır.

4. Namizədliyin təqdim edilməsi şərtləri

Hər bir namizəd dosyesini 3 nüsxədə - kağızda və 3 nüsxədə hər biri 3 USB- açarında olmaqla , 14 aprel 2017-ci il tarixinə kimi, saat 13.00-a kimi (yerli vaxtla) təqdim edəcəklər.

MəkanTəkliflərin təqdim olunmasının son tarixiKağızda verilən nüsxələrin sayıUSB-açarı ilə verilən nüsxələrin sayı
Bakou 14/04/2017 3 3

Namizədlərin sənədləri, bağlı zərfdə fransız dilində geri veriləcək.

5. Konsultasiya dosyesini geri götürən şirkətlər üçün məlumat iclası 14 mart 2017-ci ildə (tarix dəqiqləşdiriləcək) Səfirlikdə təşkil olunacaqdır. Bu iclasda iştiraketmənin şərtləri sonradan məktub vasitəisilə dəqiqləşdiriləcəkdir.

6. Fransanın Bakıdakı Səfirliyi tərəfindən verilən müqavilənin müddəti 3 illik, yenilənə biləcək müqəvilə olacaqdır.

7. Təkliflərin təqdim olunması şərtlərinə riayət etməmək elan olunan bu təklifdə iştirakdan xaric olunma ilə nəticələnəcək.

publie le 15/02/2017

hautdepage