Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyinə həsr olunmuş fransız sərgisi

Fransanın Azərbaycandakı Səfiri Xanim Orelia Buşez 25 noyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmişdir. Bu münasibətlə, muzey Fransa və onun incəsənətinə aid şah əsərləri təqdim etmişdir. Sərgidə bir çoxu ilk dəfə olaraq nümayiş etdirilən və muzeyin daimi və ehtiyyatda olan kolleksiyasına aid olan onlarla əsər - rəsmlər və keramikadan hazırlanmış incəsənət nümunələri ictimaiyyətə nümayiş olunmuşdur. Bu sərgi Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edən Total şirkətinin dəstəyi ilə ərsəyə gəlmişdir.

Xanım Səfir öz çıxışında Azərbaycan ictimaiyyətinin Fransa mədəniyyətinə olan geniş marağını, xüsusilə Cənab Prezident İlham Əliyevin və Birinci Xanımın bu sahədə dəstəyini vurğulamışdır. Bu maraq 19-cu əsrdən başlayaraq ali savadlı Azərbaycanlıların fransız dilini və mədəniyyətini öyrənmələri ilə özünü biruzə vermişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi Fransanın Azərbaycandakı əsas mədəni tərəfdaşıdır: 2012-ci ildə muzey Milli Muzeylər Birliyinin tərəfdaşlığı ilə Fransa incəsənət tarixinə həsr olunmuş «Fransa inciləri» adlı möhtəşəm sərgi təşkil etmişdir.

JPEG
JPEG
JPEG

publie le 22/12/2016

hautdepage