Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 31 tələbəsi Fransaya təhsil təqaüdü almaq üçün Azərbaycanda Fransız İnstitutunda test imtahanı keçmişdir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 31 tələbəsi Fransaya təhsil təqaüdü almaq üçün Azərbaycanda Fransız İnstitutunda test imtahanı keçmişdir.

Fransız Universitetləri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda Fransız İnstitutu 9 aprel tarixində UNEC-in 31 tələbəsi üçün test imtahanı təşkil etmişdir.

Bu tələbələrdən 5-i Lyon şəhərində yerləşən Fransız-Amerikan Menecment Araşdırmalar Mərkəzində (CEFAM) 4 ay təhsil almaq üçün Erasmus+ təqaüdü əldə etmək imkanı qazanacaq.

Bu test seçimin yalnız ilk mərhələsidir. Təqribən 10 tələbə gələn həftə təşkil olunan "Azərbaycanın iqtisadi diversifikasiyası" mövzusunda inşa müsabiqəsində iştirak etmək və həmçinin Skype-da CEFAM nümayəndəsi ilə fərdi müsahibə keçmək üçün seçiləcək.

Bu seçmə Fransanın menecment və biznes üzrə Ali Məktəblərinin mükəmməlliyini nümayiş etdirir. (Financial Times sıralamasına əsasən, Fransa biznes və menecment məktəblərinə görə dünyada ilk ölkədir). Bu Ali Məktəblər fransız, ingilis və hər iki dildə təhsil proqramları təklif edir.

Fransada təlim keçmiş müəllimlər tərəfindən keçirilən, ölkədə ən ucuz fransız dili kursları təklif edən Azərbaycanda Fransız İnstitutunun öhdəçiliyi təsdiq edir ki, fransız dili də həmçinin bir biznes dilidir: 2014-cü ildə beynəlxalq ticarətin təqribən 20 %-i rəsmi və ya inzibati dili fransız olan ölkələr arasında həyata keçirilmişdir. (Mənbə: Frankofoniya Beynəlxalq Təşkilatı)

JPEG
JPEG
JPEG

publie le 04/05/2016

hautdepage