Avropa Tvinninq proqramının bağlanış mərasimi

"Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı Avropa Tvinninq proqramının bağlanış mərasimi.

22 yanvar, cümə günü tarixində "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı Avropa Tvinninq proqramının bağlanış mərasimi keçirilmişdir. 2014-cü ilin may ayında başlayan bu Tvinninqə Almaniyanın (GVG) əməkdaşlığı ilə Fransa (Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq nazirliyi) rəhbərlik etmişdir. Tvinninq proqramının əsas məqsədi Azərbaycan dövlətinin əlillərə göstərdiyi xidmətin təkmilləşdirilməsi üçün beynəlxalq standartlara uyğun qanun layihəsi hazırlamaq idi.

Bağlanış mərasimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi və Avropa İttifaqının Azərbaycandakı təmsilçisi xanım Malena Mord, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Heydrun Tempel, Fransanın Azərbaycandakı səfirliyinin 1-ci müşaviri xanım Fabien Dru-Lozinski, Fransa Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyinin nümayəndəsi Natali Nikitenkonun iştirakı ilə baş tutmuşdur.

JPEG

publie le 12/05/2016

hautdepage