Akademik Palma ordeni ilə təltif etmə mərasimi

2016-cı il aprel ayın 12-də, Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez, Azərbaycan təhsil sahəsinin beş nümayəndəsini Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif etdi:

• Xanım Zöhrə Əliyeva, Azərbaycan Dövlət Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin direktoru

• Xanım Elmira Fərəcullayeva, Bakı Dövlət Universitetinin fransız dili kafedrasının müdiri

• Cənab Alik Hanifayev, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi

• Xanım Söylü Xəlilova, Qazax rayonu Daş Salahlı kənd orta məktəbin fransız dili müəllimi

• Xanım Aygün Yusifova, Goranboy rayon Qızılhacılı kənd 1 nömrəli orta məktəbin fransız dili müəllimi

Bu ordenin təltifi ilə, Fransa Respublikası onların Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək onlara ehtiram göstərir.

Bu tədbirdə Azərbaycan Respublikasının təhsil naziri müavini cənab Firudin Qurbanov iştirak etmişdir.

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 12/05/2016

hautdepage