AFİ-də şair Vaqif Səmədoğlunun əziz xatirəsinə

Çərşənbə axşamı 20 dekabr, Bakı Slavyan Universitetinin tələbələri Vaqif Səmədoğlunun seçilmiş şeirlərini fransız və Azərbaycan dilində mediatekada toplaşmış 50-dən çox izləyici qarşısında söylədilər.
Tədbirin əsas məqsədi, 2016-cı ilin aprel ayında dərc olunmuş, Vaqif Səmədğolunun iki dildə olan şeirlər toplusunun təqdimatı idi. Şeirlər toplusu, şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova-nın dəstəyi ilə çap olunmuşdur. Şeirlər fransız dilinə Aliyə Məstəliyeva tərəfindən tərcümə edilib və An Mari Polo tərəfindən uyğunlaşdırılmışdır.
Skype vasitəsi ilə tədbirə bağlanan An Mari Polo, Azərbaycan poeziyasının fransız dillilərə tanıdan bu kitabın çapında əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi. Nüşabə Babayeva-Vəkilova bu kitabla bağlı keçirdiyi hissləri izləyicilərlə paylaşdı

JPEG
JPEG
JPEG
JPEG

publie le 13/02/2017

hautdepage