1-4 iyunda Bakıda keçirilən Xəzər Neft-Qaz sərgisində Fransanın iştirakı

Sərginin açılışı zamanı Prezident İlham Əliyev fransız şirkəti Totalın stendini ziyarət etmişdir. Bu münasibətlə Prezident Fransanın Azərbaycandakı Səfiri Xanım Orelya Buşez və şirkətin nümayəndələri ilə fikir mübadiləsi aparmışdır. Şneyder şirkəti həmçinin sərgidə iştirak etmişdir.

Xəzər regionunda enerjiyə həsr olunmuş ən mühüm tədbir olan 23-cü Xəzər Neft-Qaz sərgisi 200-dən çox iştirakçı və 10 000-ə yaxın ziyarətçi qəbul etmişdir.

JPEG

publie le 14/06/2016

hautdepage